Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Estoniya yığmasının heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Yurgen Henn oktyabrda keçiriləcək oyunlara 26 futbolçu çağırıb.
Estoniya oktyabrın 11-də Azərbaycan, üç gün sonra İsveçlə qarşılaşacaq. Bu matçlara dəvət olunan heyətdə vaxtilə ölkəmizdə çıxış etmiş Sergey Zenyovla Erik Sorqa da yer alıblar.
Qapıçılar: Karl Yakob Heyn (“Valyadolid”, İspaniya), Matvey İqonen (“Botev”, Bolqarıstan), Karl Andre Vallner (“Levadiya”);
Müdafiəçilər: Karol Mets (“Sankt Pauli”, Almaniya), Artur Pikk (“Odra”, Polşa), Yoonas Tamm (“Botev”, Bolqarıstan), Marten Kuusk (QKS, Polşa), Maksim Paskotsi (“Qrasshoppers”, İsveçrə), Mihael Lilander (“Payde”), Rasmus Peetson, Mihael Şyonninq-Larsen (hər ikisi “Levadiya”);
Yarımmüdafiəçilər: Mattias Kayt (“Rapid”, Rumıniya), Martin Miller (“Bohemians”, İrlandiya), Vlasii Sinyavski (“Slovaçko”, Çexiya), Markus Poom (“Şemrok Rovers”, İrlandiya), Mihkel Aynsalu, İoan Yakovlev (hər ikisi “Levadiya”), Rokko Robert Şeyn (“Dordrext”, Niderland), Martin Vetkal (“Brommapoykarna”, İsveç), Kevor Palumets (HJK, Finlandiya), Patrik Kristal (“Payde”);
Hücumçular: Sergey Zenyov (“Flora”), Henri Anyer (“Li Man”, Honkonq), Erik Sorqa (“Ho Çi Min Siti” (Vyetnam), Aleks Matthias Tamm (“Nomme Kalyu”), Robi Saarma (“Payde”).
Qeyd edək ki, Estoniya – Azərbaycan oyunu Tallindəki “Le Koq Arena”da keçiriləcək.