AZ

"Ermənistan çalışır ki, Azərbaycanı təxribatlara çəksin" - deputat

"Hazırkı proseslər onu göstərir ki, COP29 mötəbər tədbirinə Azərbaycanın ev sahibliyi etməsi çoxlu sayda milləti və ölkəni narahat edir, bu gün məhz buna görə də Azərbaycana qarşı biz davamlı olaraq müxtəlif təşkilatlar, dövlətlər tərəfindən çağırışların edildiyini görürük."Bunu Sonxeber.az-a danışarkən deputat Ceyhun Məmmədov bildirib.O, açıqlamasında COP29 önəcəsi Azərbaycana qarşı baş verən təxribatlarda Ermənistanın tək olmadığı ehtimalını da bildirib:"Bu əslində ciddi narahatlığa səbəb olacaq məsələdir. Biz düşünməliyik necə edək ki, Azərbaycan bu istiqamətdə üzərinə düşəni sona kimi uğurla yerinə yetirsin. Bu gün ölkəmizə qarşı ciddi "qarayaxma" kompanyası özünü açıq-aydın göstərir və bu bir problem olaraq bizim qarşımızda durur. Ermənistanın çalışır ki, bu və ya digər formada Azərbaycanı təxribatlara çəksin və COP29 öncəsi hansısa bir münaqişə baş versin. Bundan da Azərbaycan əleyhinə ciddi formada istifadə olunsun. Ola bilsin ki, Ermənistana buna təşviq edirlər və onların vasitəsi ilə Azərbaycanı təxribata çəkmək istəyirlər. Qarşımızdakı dövr olduqca çətindir. Amma inanıram ki, biz bu mərhələni də uğurla keçəcəyik və Ermənistanın bizə qarşı növbəti çirkin niyyəti baş tutmayacaq. Hər halda düşünürəm ki, biz Azərbaycan olaraq bu prosesin öhtəsindən gələcəyik. Çalışmalıyıq ki, özümüzü, təhlükəsizliyimizi və gələcəyimizi qoruyaq. Azərbaycan bu gün, belə addımları atır, amma bu yalnız bizdən asılı deyil. Biz daha diqqətli formada bu proseslərin irəliyə getməsi üçün çalışmalıyıq".

Seçilən
50
dia-az.info

1Mənbələr