AZ

Qohumu yaşlı qadını döyüb, evindən oğurluq etdi

Adanada bir şəxsin yaşlı qohumunu çəkiclə döyərək üzüyünü və mobil telefonunu oğurladığı iddia edilib.

News24.az xəbər verir ki, narkotik aludəçisi olduğu iddia edilən Halil İbrahim Akay evdə tək yaşayan qohumu Harun Eşimin yanına gedib. 

Harun Eşim evin qonaq otağında Akayla yeyib-içib.

Bir müddət sonra Akay hamama keçərək "Harun xala, kranın qırılıb" dedi. Eşimi yanına çağırdı. Burada Akay Harun Eşimi çəkiclə döyüb və üzünə bibər qazı sıxıb.

Halil İbrahim Akay həyat yaşlı qadının barmağındakı nikah üzüyünü oğurlayaraq mobil telefonunu götürüb, sonra evdən çıxaraq qapını onun üzünə bağlayıb.

Sonra Eşim pəncərəyə tərəf sürünərək qonşularından kömək istəyib.

Yaşlı qadının qışqırtısını eşidən qonşular şübhəli Halil İbrahim Akayı küçəyə çıxarkən yaxalayıblar. Məhəllə sakinləri Akayı çağırılan polis qrupuna təhvil veriblər. Başından və qollarından aldığı zərbələrlə yaralanan Harun Eşim təcili yardımla xəstəxanaya aparılıb.

Huşunu itirdiyi müəyyənləşən Eşim müalicəsindən sonra dünən evə buraxılıb.

Günel Məlikzadə


Seçilən
86
news24.az

1Mənbələr