AZ

20 yaşlı iki uşaq anası intihar etdi

Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

Bakıvaxtı.az "Unikal"a istinadla xəbər verir ki, rayon sakini, 2004-cü il təvəllüdlü Əliyeva Səbinə Camal qızı özünü yaşadığı evin həyətində, yardımçı tikilidən asaraq intihar edib.

S.Əliyevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Onun iki azyaşlı uşaqı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Seçilən
10
2
bakivaxti.az

4Mənbələr