Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ədalətli enerji keçidi çərçivəsində sərfəli enerjinin təmin edilməsini vacib hesab edir.
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 2-ci günündə "Ədalətli keçid tərəfdaşlığı və investisiya səfərbərliyi" dəyirmi masasında deyib.
O, subsidiyaların ləğvi ilə əhalinin enerji əlçatanlığı arasında balansın tapılmasının vacibliyini vurğulayıb.
"Subsidiyalar ətrafında müzakirələr iki əks mövqeni göstərir: bir tərəfdən, onların ləğvi enerjidən daha səmərəli istifadəyə və iqlim dəyişikliyinə qarşı mübarizəyə kömək edə bilərdi, digər tərəfdən isə bu, insanlar üçün enerji qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olardı", - deyə Ə.İsayev bildirib.