AZ

Azərbaycan "yaşıl" enerji sahəsində bir sıra layihələri Dünya İqlim Fondunun nəzərdən keçirməsi üçün təqdim edib

Bakı. Trend:

Azərbaycan "yaşıl" enerji sahəsində bir sıra layihələri Dünyaİqlim Fondunun (World Climate Foundation) nəzərdən keçirməsi üçüntəqdim edib.

Bu barədə Trend AzərbaycanEnergetika Nazirliyinə istinadən xəbər verir.

“Dünya İqlim Fondunun prezidenti Yens Nilson və fondunnümayəndəsi Ülviyyə Cəlilzadə Azərbaycan energetika nazirininmüavini Orxan Zeynalovla görüşdə Azərbaycanın "yaşıl" enerjilayihələrini müzakirə ediblər. Azərbaycan tərəfi bu sahədə Dünyaİqlim Fondu ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib”, -məlumatda bildirilir.

Qeyd edək ki, fondun nümayəndələri 30 sentyabrda başlayan vəcari həftənin sonuna qədər davam edəcək Bakı İqlim Həftəsindəiştirak edirlər.

Dünya İqlim Fondu BMT-nin struktur qurumlarından biri olmaqla,BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflərininKonfransının (COP) 29-cu sessiyası və digər COP tədbirlərinintəşkilatçılarından biridir.

Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda COP29 keçiriləcəkvə iqlim maliyyələşdirilməsi bu sessiyanın əsas mövzularından biriolacaq.

Seçilən
48
50
az.trend.az

10Mənbələr