AZ

“Bakı Kondisioneri” ASC Mərkəzi Bankın fəaliyyətinə mane olub – CƏRİMƏ

“Bakı Kondisioneri” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, ASC İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 548.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

ASC ilə bağlı iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 4 oktyabr tarixində hakim Hafiz Kamranovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Bakı Kondisioneri” Açıq Səhmdar Cəmiyyətinin 1,1 milyon manat vergi borcu var. Bu barədə məlumatı FED.az yaymışdı. Məlumata görə, ASC-nin hazırda yığılmış vergi borcunun miqdarı 23 sentyabr 2024-cü il tarixinə 1 milyon 113 min 700 manat təşkil edir. Bununla yanaşı, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub (2017,2018,2022,2023-cü illərdə 40 manat sanksiya).
Xatırladaq ki, “Bakı kondisioneri” 27 noyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 3 179 050 manat nizamanmə kapitalına malikdir. Qanuni təmsilçisi Əliyev Fuad Sahil oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar İxtiyarqızı

Seçilən
7
tribunainfo.az

1Mənbələr