AZ

Professor İlham Rəhimov: “Qod Nisanovun Azərbaycanda hər hansı bir layihəsi olsaydı, məlumatım olardı”

Son günlər sosial şəbəkələrdə Qusar rayonunun ərazisində yerləşən Samur sərhəd gömrük keçid məntəqəsinin ətrafındakı obyektlərin sahibkarların əlindən alınması barədə məlumatlar yayılır. Həmin məlumatlarda qeyd edilir ki, guya həmin fəaliyyətlər Rusiyada iş idamı, əslən Qubadan olan Qod Nisanova məxsus şirkət tərəfindən həyata keçirilir.


Avropa.info xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün ilkxeber.org saytı Qod Nisanovun biznes partnyoru, professor İlham Rəhimova müraciət edib.
İlham Rəhimov iddialara cavab verərək bildirib ki, bu barədə danışılanları o da eşidib:
“Səslənən fikirlər o qədər qeyri-ciddidir ki, buna reaksiya verməyə də adam çətinlik çəkir. Əvvəla, Qod Nisanovun Azərbaycanda hər hansı bir işi, layihəsi olsaydı, mənim məlumatım olardı. Digər tərəfdən, Qod Nisanovla bizim birgə şirkətimiz Rusiyanın ən böyük Daşınmaz Əmlak Şirkətlərinin reytinqində neçə illərdir ki, birinci yerdə qərarlaşıb. Sizcə, böyük bir şirkətin qeyd edilən kiçik tikinti işləri aparması və ya belə bir layihələrə kommersiya marağı olması real ola bilər? Təbii ki, cəfəngiyyat söhbətdir”.
Sayt bildirib ki, professor İlham Rəhimov onu da qeyd etdi kimi, belə bir absurd informasyanın kimlər tərəfindən yayılmasının və nəyə xidmət etdiyinin özü da sual doğurur.

Avropa.info

Seçilən
57
7
avropa.info

8Mənbələr