AZ

Məşhur ispan futbolçu karyerasını BAŞA VURUR - FOTO

"Barcelona"nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta karyerasını başa vuracaq.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, 40 yaşlı futbolçu qərarını oktyabrın 8-də açıqlayacaq. İnyesta İspaniyanın ən titullu futbolçusudur.

 

"Barcelona" ilə birlikdə səkkiz dəfə İspaniya çempionatının, dörd dəfə Çempionlar Liqasının, altı dəfə İspaniya kubokunun və yeddi dəfə ölkə Superkubokunun qalibi olub.

 

Futbolçu İspaniya millisinin üzvü kimi də böyük uğurlar əldə edib. O həm dünya çempionu (2010), həm də iki dəfə Avropa çempionu (2008, 2012) olub.

 

Vasif

 

 

Seçilən
16
sfera.az

1Mənbələr