AZ

Rusiya ordusu Xarkovun Vişnevoye kəndini ələ keçirib

Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Vişnevoye kəndini nəzarətə götürüb.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Qərb qüvvələri qrupunun bölmələri qətiyyətli hərəkətlər nəticəsində Xarkov vilayətinin Vişnevoye kəndini azad edib”, - deyə vurğulanıb.

Qeyd edək ki, Rusiya ordusu xüsusilə Donetsk vilayətində fəal şəkildə irəliləməyə davam edir.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr