AZ

Bu aviaşirkətlər Livan və İsrailə uçuşları yenidən dayandırdı

Almaniyanın "Lufthansa" aviadaşıyıcısı və onun törəmə şirkəti olan İsveçrə Beynəlxalq Hava Yolları mövcud vəziyyətlə əlaqədar Livan və İsrailə uçuşların növbəti dəfə ləğv edildiyini elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsveçrə Beynəlxalq Hava Yollarının saytında məlumat dərc edilib.

"Tel-Əvivə uçuşlar 31 oktyabr 2024-cü il tarixinədək, Beyruta uçuşlar isə 30 noyabr 2024-cü ilə qədər dayandırılacaq", - məlumatda deyilir

Bundan əlavə, "Lufthansa" oktyabrın 14-dək Tehrana uçuşları ləğv etdiyini açıqlayıb.

Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır.

 

Gözəl Həşimova

Seçilən
18
iqtisadiyyat.az

1Mənbələr