AZ

NATO-nun yeni baş katibi açıqlama verib

Şimali Atlantika Alyansı Ukraynanın Qərb silahları ilə Rusiya Federasiyasına dərin zərbələr endirmək istəyini başa düşür, lakin müvafiq qərar Kiyevin müttəfiqlərində qalır.

Oxu24.com  xəbər verir ki, bunu NATO-nun yeni baş katibi Mark Rutte deyib.

"Qərar ayrı-ayrı müttəfiqlərə aiddir" ,- deyə o bildirib.

Oktyabrın 1-də Yens Stoltenberqin NATO-nun baş katibi kimi səlahiyyət müddəti başa çatıb. Onu Rutte əvəzləyib.

Mark Rutte 2010-cu ilin oktyabrından Hollandiyanın Baş naziri və ümumi işlər naziridir. 2023-cü ilin iyulunda hökumət koalisiyası miqrant axınını məhdudlaşdırmaq üçün həllə nail ola bilmədikdən sonra o, istefa ərizəsini Hollandiya kralına təqdim etdi. 2024-cü ilin iyununda Rutte NATO-nun yeni Baş katibi seçildi.

Bir müddət əvvəl Kreml Ruttenin NATO-nun baş katibi postuna keçməsini şərh edib.

 

Nigar

 

Seçilən
8
oxu24.com

1Mənbələr