AZ

MAQATE rəhbəri Belarusa səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin ( MAQATE ) baş direktoru Rafael Qrossi oktyabrın 1-də Belarusa səfər edəcək. Bu barədə MAQATE-nin mətbuat xidməti məlumat yayıb. 

"Qrossi bu gün Belarusa paytaxt Minskdə yüksək səviyyəli görüşlər, eləcə də ölkənin atom elektrik stansiyalarına səfər etmək üçün səfər edəcək”, - məlumatda deyilir.

Səfər zamanı Qrossi AES-də dörd il əvvəl şəbəkəyə qoşulduqdan sonra onun vəziyyətini qiymətləndirməyi planlaşdırır. Bundan əlavə, MAQATE rəhbəri agentliyin tövsiyələrinin icrasında irəliləyişləri yoxlamaq niyyətindədir.

Sentyabrın 25-də Reuters agentliyi xəbər verib ki, MAQATE rəhbəri  İranın nüvə proqramı ilə bağlı Qərblə Tehran arasında danışıqlara hazırlaşmaq üçün yaxın həftələrdə İrana gələcək. Qrossi oktyabrda respublikaya səfər edəcəyinə ümid etdiyini bildirib.

Sentyabrın 26-da Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında  daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, MAQATE rəhbəri ilin sonuna qədər yenidən Rusiyaya səfər edə bilər. Lakin onun sözlərinə görə, hələlik konkret planlar yoxdur.
 
Aytac 

www.anews.az
Seçilən
55
anews.az

1Mənbələr