AZ

Elə etməliyik ki, qadınlar bədənləri ilə yox, başları həyatlarını dəyişsinlər - Mehriban Zeynalova

Elə etməliyik ki, qadınlar bədənləri ilə yox, başları həyatlarını dəyişsinlər - Mehriban Zeynalova

Göygöl rayonunda 2 yaşlı körpənin döyülməsi neçə gündür müzakirə edilir.AFN.az xəbər verir ki, uşaq anasının qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən döyülüb. Rəsmi açıqlamalara görə, həmin şəxs saxlanılıb, barəsində 4 aylıq həbs qərarı verilib, hazırda istintaq aparılır.Bu hadisəsən sonra cəmiyyətdə ananın ünvanına ittihamlar çoxalıb. Xüsusi ilə qadınlar məsələdə ananı günahkar çıxarırlar, onun seksual aclıqdam əziyyət çəkdiyini qabardırlar. Lakin "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova başqa cür düşünür. O, problemin qadında olmadığı qənaətindədir. "Yenə qadınlar möhürləndi. Emosiyaların tüğyan etdiyi vaxtda emosiyasız yanaşma. Hamı hiddətlənib, bu normaldır. İnsan olduğumuzun göstəricisidir. Bu gün zorakılığı törədən şəxsin və bu hadisəyə bənzər hadisələrin siyahısını da gördüm. Yenə dəstəkləyirəm yaxşı haldır. Lakin məni məyus edən məsələ, baş vermiş hadisədə qadınların möhürlənməsi, ittiham edilməsidir" - deyə o sosial şəbəkə hesabında məsələyə münasibət bildirərkən yazıb: "Hadisə ilə bağlı paylaşımlarda qadınlarla bağlı seksual aclıq məsələsi qabardılır. Siz o qadınlarla danışıb necə müəyyən etdiniz ki, həmin qadınlar həqiqətən seksual açlıqdan bunu ediblər? Ümumiyyətlə əminsinizmi ki, əksəriyyət hadisələrdə qadınların seskual aclığı əsas meyardır. Vallah, billah, onların əksəriyyəti bunun nə olduğunu anlamır. Hamı bu cür hallar baş verəndə anaları ittiham edir. Fədakar olmalısan! Razıyam. Amma o anaya qohum-qardaşın dəstəyi olubmu? Yaxud dövlət proqramlarına istiqamətləndirilibmi. Bəlkə də bədbəxt instinktiv olaraq öz uşağını başqaları kimi böyütmək istəyindən hansısa təcavüzkarla birgə olmağa razılıq verib?! Etiraf edin ki, dəstəksiz qadınlar var ki, cıxılmaz vəziyyətdə hara, necə müraciət etməli olduğunu bilmir. Bəyəm biz dəstəksizmi bu günkü günümüzü qazanmışıq?! Boşanmış qadınların əlçatan olması kimi miflərdən başqa, həssas təbəqəyə çevirdiyi qadınlarla bağlı hansı proqramlardan onların xəbəri var? Bu proqramlar nə qədərdir?"M.Zeynalovanın sözlərinə görə, ömrü boyu valideyn, ər çətiri altından yaşamaq və bu ənənəyə sadiqlik, qadınların öz çətirini yaratması ideyasının inkişafına əngəl törədir: "Həmin qadınların öz çətirini yaratması üçün kim dəstək verib? Bu cür hallarla bağlı siyahılar paylaşılır, bu, çox yaxşı mənbədir. Amma bu mənbələr qadını ittiham üçün yox, qadına dəstəyə yönəldilməlidir. Hazırda Ailə strategiyası ilə bağlı qızğın söhbətlər gedir. Hazırlanmış siyahı, bu faktlar ora təqdim edilməli və sual olunmalıdır: Necə etməli ki, qadınlar bədənləri ilə yox, başları ilə uşaqlarını böyütmək yönündə həyatlarını dəyişsinlər? Necə edək ki, hər qadının öz çətirini qurmaq imkanı olsun?"Mütəxəssisin fikrincə, qadının həssaslığı, asılılıq vəziyyətindən sui-istifadə edənlər üçün qabaqalayıcı proqramları artırmaq məsələsini qaldırmaq lazımdır: "Ailələr dağılmamışdan öncə onu necə qurmaq planı, yol xəritəsi məsələsində aktiv iştirak edib, qadınları ittiham etmədən təkliflərinizi verin. Qadınları ittiham etməklə, bütün qadınları eyniləşdirdiyinizin fərqində olun, bunun bədələnin çox pis olacağını düşünün. Baş verənlərin təkrarlanmamsı üçün qanun və strategiyaların hazırlanmasında səlahiyyətli qurumlara mövcud faktlarla bağlı siyahılar təqdim edin. Bütün ətraf, sosial şəbəkələr, tiktok, instaqram digər sosial media imkanları daha çox qadın bədənini qabardanda vəziyyət bundan artıq olası deyil. Digər tərəfdən təkliflərin rəngarəngliyi qarşısında duruş gətirmək üçün iradəli insanları necə formalaşdırmağı düşünmək yerində olardı".Yeri gəlmişkən, hazırda Ailə strategiyasının hazırlanması istiqamətində iş gedir, müzakirələr aparılır. Maraqlıdı, uzun illərdir problemli ailələrlə işləyən, bu sahədə kifayət qədər böyük təcrübəsi olan Mehriban Zeynalovanın müzakirələrdə iştirakı necə təmin edilir? Müvafiq qurumlar, konkret olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi onun fikirlərini alırmı? Onun özü təkliflər hazırlayıb təqdim edibimi aidiyyatı üzrə? AFN.az-a açıqlamasında Mehriban xanım bildirdi ki, ondan təklif alınmayıb və hər hansı müzakirə tədbirinə dəvət olunmayıb: "Hazırkı müzakirələrə dəvət almıram. Ümumiyyətlə, belə bir strategiyanın hazırlanması ilə bağlı məlumatı mediadan oxudum. Zaman-zaman fərqli tədbirlərin keçirildiyini görürəm. Bu tədbirlərə dəvət edilmirəm. Söhbət mənim dəvət edilib-edilməməyimdən getmir, ən azı fikirləri öyrənmək olar. Təkliflərə gəlincə, əvvəllər bir neçə dəfə təkliflər hazırlayıb təqdim etmişəm, amma heç bir geridönüş görməmişəm".

Seçilən
6
afn.az

1Mənbələr