“Ermənistan Bakıda keçiriləcək COP29 iqlim sammiti çərçivəsində sülh müqaviləsinin imzalanmasının əleyhinə olmayacaq, lakin qərar Azərbaycandan asılıdır”.
Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə müsahibəsi zamanı məlumat verib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan COP29-a kimi Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqlarını bəyan etmişdi.
Daşqın HəsənovMissiya.Az