AZ

İranda xeyriyyə tədbirinə silahlı hücum: SEPAH komandiri və daha 5 nəfər öldürülüb

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətininin Nikşəhr dairəsinin Bennet rayonunda naməlum şəxslər xeyriyyə tədbirinə silahlı hücum ediblər.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, hücum nəticəsində Sistan və Bəlucistan vilayətinin Nikşəhr rayonunda yerləşən Bent şəhərinin SEPAH komandiri Pərviz Kadxodaei öldürülüb.

Ondan başqa Bent Şəhər Şurasının rəhbəri Yusif Şirani, hərbi xidmətə çağırılan iki əsgər və daha 2 nəfər də həyatını itirib.

İki nəfər isə ağır yaralanıb.

Seçilən
18
1
korrespondent.az

2Mənbələr