AZ

İki aptekdə nöqsanlar aşkarlandı

Sentyabr ayı ərzində 27 aptekdə yoxlama aparılıb. 

Bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, Bakı şəhəri üzrə 25, respublikanın digər şəhər və rayonlarında isə 2 aptekdə yoxlama aparılıb. 24 aptekdə planlı, 2 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb. Nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 221.9 və  452.3 maddələri üzrə protokollar tərtib edilib.

Seçilən
28
49
bizimxeber.az

10Mənbələr