AZ

Avrozonada inflyasiya 2 faizlik hədəfdən aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada inflyasiya 2021-ci ildən bəri ilk dəfə hədəf səviyyədən aşağıdır.

Banco.az xəbər verir ki, Avrozona inflyasiyası 2021-ci ildən bəri ilk dəfə olaraq illik 1,8 faizlə Avropa Mərkəzi Bankının (ECB) hədəflədiyi səviyyədən aşağı düşüb.

Avropa Statistika Təşkilatının (Eurotat) məlumatına görə, sentyabr ayında Avrozonada inflyasiya illik 1,8 faiz artıb. Avqustda inflyasiya 2,2 faiz təşkil edirdi.

“Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçıların proqnozu 1,8 faiz idi.

Beləliklə, inflyasiya 2021-ci ildən bəri ilk dəfə olaraq ECB-nin 2 faizlik hədəfindən aşağı düşüb. 

Sentyabrda aylıq inflyasiya isə 0,1 faiz azalıb və dəyişiklik gözlənilmir.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
15
banco.az

1Mənbələr