Bakıda Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək.
APA xəbər verir ki, beynəlxalq konfrans oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutacaq.
Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edəcək.