Niderlandın keçmiş baş naziri Mark Ruttenin NATO-nun yeni baş katibi təyin edilməsi alyansın siyasətini dəyişməyəcək.
Bu barədə Kreml rəsmisi Dmitri Peskov məlumat verib.
"Şimali Atlantika Alyansı işlədiyi istiqamətdə işləməyə davam edəcək",- deyə Peskov qeyd edib.
Peskovun sözlərinə görə, Rutte " Moskvaya yaxşı tanışdır ". O, bildirib ki, Rusiya prezidenti Vladimir Putin və NATO-nun yeni baş katibi əvvəllər danışıqlar masası arxasında “bir saat belə” vaxt keçirməyiblər.