AZ

BDU Dünya Akademik Sammitində təmsil olunacaq

BDU

Bakı, 1 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti oktyabrın 7-dən 9-dək İngiltərənin Mançester şəhərində Böyük Britaniyanın “Times Higher Education” (THE) beynəlxalq reytinq təşkilatının keçirəcəyi Dünya Akademik Sammitində iştirak edəcək.

BDU-dan AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yeni birgə layihələrin müzakirəsi, BDU-nun beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində dünya universitetlərinin təcrübəsinin öyrənilməsidir.

Sammitdə BDU-nun stenddə təmsil olunması, eləcə də “Azərbaycanda tədqiqat əməkdaşlığının inkişafı və beynəlmiləlləşmə: Bakı Dövlət Universitetinin strategiyası” mövzusunda sessiyanın təşkil edilməsi planlaşdırılır.

Seçilən
6
3
azertag.az

4Mənbələr