AZ

Bakı-Qazax yolunda yanacaqdaşıyan yük maşını yandı - FOTO

Ucarda yanacaqdaşıyan avtomobilin qəzaya uğradığı ərazidə yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Korrespondent.az-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

** 13:40

Ucarda yol qəzası baş verib.

Korrespondent.az bildirir ki, ilkin məlumatlara görə, hadisə Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı yanacaqdaşıyan avtomobil aşıb və yanğın baş verib.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Seçilən
0
42
korrespondent.az

10Mənbələr