"Barselona"nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta oktyabrın 8-də futbolçu karyerasını başa vuracağını açıqlayacaq.
Publika.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
İnyesta karyerasının böyük bir hissəsində 8 nömrə geyinib. 40 yaşlı futbolçu sosial şəbəkələrdə bir rəssamın onu kürəyində sevimli rəqəminə bənzəyən sonsuzluq işarəsi çəkdiyinə dair video yayımlayıb. Eyni zamanda divarda belə yazılıb: “Mənim gələcəyim. 8.10.2024.”
İnyesta iyulun 1-də Birləşmiş Ərəb Əmirliklərinin "Emireyts" klubu tərk etdikdən sonra komandasız qalıb. Azad agent statusunda olsa da, heç bir klubla anlaşa bilməyib. 2018-2023-cü illərdə yarımmüdafiəçi "Vissel Kobe"də çıxış edib.