“Kayserispor”un baş məşqçisi Burak Yılmaz istefa verib.
Sportinfo.az “NTV Spor”a istinadən xəbər verir ki, o, Superliqanın VII turunda doğma meydanda “Beşiktaş”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra bu qərarı açıqlayıb.
39 yaşlı mütəxəssis bu ilin yanvar ayında Kayseri təmsilçisinin “sükanı arxası”na keçib. Klub Yılmazın rəhbərliyi altında 21 matçda 3 qələbə, 10 heç-heçə və 8 məğlubiyyət yaşayıb.
“Kayserispor” turnir cədvəlində 3 xalla 17-ci sırada yer alıb.
Burak Yılmaz məşqçilik karyerasına “Beşiktaş”da başlayıb.