Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümü olan Milli Gün ölkədə müxtəlif tədbirlərlə qeyd olunur.
Bakıvaxtı.az xəbər verir ki, Milli Gün münasibəti ilə dünən axşam saatlarında paytaxt Pekində Böyük Xalq Zalında qəbul təşkil olunub, parlamentin yerləşdiyi Tienanm meydanı isə xüsusi dekorativ materiallar və işıqlarla təchiz edilib.
Meydanda Çin Xalq Respublikasının qurucu lideri Mao Zıdongun portretinin yerləşdiyi keçmiş İmperator sarayının cənub fasadı işıqlandırılarkən, Milli Gün üçün xüsusi olaraq nəhəng gül dəstəsi qoyuldu.
1912-ci ildə Çin Respublikasını quran Sun Yat-senin portreti də ərazidə Maonun portreti ilə üzbəüz yerləşdirilib. Kommunist rejimi 20-ci əsrin birinci rübündə siyasi fəallıq göstərən millətçi Sunu müasir Çinin qurucu lideri hesab edilir.
Əli Hüseynov