AZ

Madrid derbisində meydana yad əşya atan azarkeşə sərt cəza verilib

Madrid

Bakı, 1 oktyabr, AZƏRTAC

İspaniyanın “Atletiko” klubu La Liqanın VIII turunda “Real Madrid”lə keçirilmiş derbi oyununda meydana yad əşya atan azarkeşlə bağlı qərar verib.

AZƏRTAC Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qanunsuz hərəkət edən şəxsin stadiona girişinə ömürlük qadağa qoyulub. Həmçinin matçlar zamanı maska ilə üzünü gizlədən fanatların tribunalara daxil olmasına icazə verilməyəcək.

Qeyd edək ki, ikinci hissədə tribunadan “Real Madrid”in qapıçısı Tibo Kurtuaya atılan yad əşyalar səbəbindən 20 dəqiqə dayandırılan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Seçilən
56
2
azertag.az

3Mənbələr