AZ

Haaland planetin ən bahalı futbolçusudur

style='margin-bottom:10px;'>

Nüfuzlu "Transfermarkt" internet portalı İngiltərə Premyer Liqası futbolçularının bazar qiymətlərini yeniləyib.

QOL.az xəbər verir ki, yenilənmələrdən sonra "Mançester Siti"nin hücumçusu Erlinq Haalandın transfer qiymətinin artdığı da məlum olub. Norveçli forvardın qiyməti hazırda 200 milyon avrodur. Bu onu planetin ən bahalı futbolçusu edir.

Haalandın ən yaxın izləyiciləri - Kylian Mbappe, Cud Bellinqem və Vinisius Junior 180 milyon avro dəyərində qiymətləndirilir.

Qeyd edək ki, Haaland 2022-ci ilin yayından "şəhrlilər"in futbolçusudur. O, bu mövsüm bütün turnirlərdə 7 matçda iştirak edib və 10 qol vurub. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 

Seçilən
7
4
teleqraf.com

8Mənbələr