AZ

Bu Universitetdə əməkhaqları artırıldı

Gəncə Dövlət Universitetində (GDU) 2024/2025-ci tədris ili üzrə Elmi Şuranın ilk iclası keçirilib.

Tribunainfo.az-ın məlumatına görə, iclasda GDU əməkdaşlarının əməkhaqlarının 1 oktyabr 2024-cü il tarixindən etibarən 20 % artırılması barədə qərar qəbul edilib.

GDU-nun rektoru, professor Yusif Yusibov bununla bağlı əmr imzalayıb.

Rektorun əmrinə əsasən, oktyabrın 1-dən professor-müəllim heyətinin maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə əmək haqları 20 faiz qaldırılıb. Rektor Yusif Yusibov çıxış edərək bildirdi ki, universitet əməkdaşlarının maddi – rifahının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.

Seçilən
13
2
tribunainfo.az

3Mənbələr