AZ

Orta aylıq nominal əməkhaqqı artıb - Bu rəqəmlər nə qədər realdır?

Bu ilin yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 267 manat təşkil edib.

Bu barədə məlumatı Bakı Şəhər Statistika İdarəsi yayıb. 

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz çoxdur. 2023-cü ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 179,8 manat təşkil edib. Yəni, son bir ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 87,2 manat artıb.

Bu rəqəmlər reallığı əks etdirirmi? Verilən statistik göstəricilər nəyə uyğun hesablayır?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, statistika Komitəsinin yaydığı məlumatlar və bu rəqəmlər reallığı əks etdirir:

“Bu çox sadə bir statistikadır. Dövlət Statistika Komitəsi bütün iş verənlərdən hər ayın əvvəli statistik hesabatlar toplayır. Bundan başqa çox rahat şəkildə Vergilər Nazirliyinin saytından da bu məlumatlar yoxlanıla bilər. Daha sonra əməkhaqqı ödənişləri bank sistemi ilə həyata keçirildiyinə görə bu göstəricilər rəsmi və şəffafdır. Ona görə də bu rəqəmləri rahat hesablayıb statistik göstəriciləri çıxara bilinir. Bu elə də mürəkkəb statistika deyil.  Ümumiyyətlə Dövlət Statistika Komitəsi çalışır ki, bu rəqəmlər rəsmi hesabtlara uyğun olsun”. 

Davud

Seçilən
12
valyuta.az

1Mənbələr