"Ultra Technologies" şirkəti Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə maşın və avadanlıqların satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib.
Valyuta.az xəbər verir ki, şirkətlə nazirlik arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 380 617,26 manatdır.
"Ultra Technologies" MMC 11 aprel 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur.
Mediada gedən məlumatlara görə, şirkətin sahibi deputat Tahir Mirkişilidir. Bu məlumat indiyə qədər təkzib olunmayıb.
Hüseyn