AZ

Yunanıstanda kəndlər yanır

Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Sofiana və Rethi kəndlərinin sakinləri bu gün səhər saatlarında Mülki Müdafiə xidmətlərindən mobil telefonlarına ərazini boşaltmaları barədə mesaj alıb.

Oxu24.com xəbər verir  ki, bir çox ərazilərdə  davam edən və yaşayış məntəqələrinə yaxınlaşan yanğınla mübarizə zamanı 2 yanğınsöndürən yaralanıb.

Dünən yanğının söndürülməsində könüllü iştirak edən 35 və 40 yaşlı iki yerli sakinin yanğın nəticəsində həlak olduğu bildirilir.

Peloponnes yarımadasındakı Ksilokastro yaxınlığında bazar günü başlayan meşə yanğınının söndürülməsi üçün səylər 3-cü gündə həm havadan, həm də qurudan davam edir.

Bölgədə hökm sürən güclü külək səbəbindən yanğınsöndürənlər, yerli əhali və könüllülərin dəstəyi ilə yanğının söndürülməsi işləri çətinliklə davam edir.

Seçilən
14
oxu24.com

1Mənbələr