AZ

"Ruttenin Kiyevin NATO-ya qoşulması ilə bağlı açıqlaması təhlükəlidir" -"FvD"

Hollandiyanın məşhur sağçı Demokratiya Forumu (FvD) partiyası NATO-nun yeni baş katibi Mark Ruttenin Ukraynanın alyansa qoşulmasının zəruriliyi ilə bağlı sözlərini təhlükəli və məsuliyyətsiz bəyanat adlandırıb. Bu barədə partiyanın saytında dərc olunmuş press-relizdə deyilir.

Qeyd edilib ki, Rutte ilk açıqlamasında Ukraynanın NATO-ya üzvlüyünün onun üçün əsas prioritet olduğunu vurğulayıb və “Zelenski rejiminə hərbi yolla dəstək verməkdən” danışıb. 

“Bunlar münaqişənin daha da gərginləşə biləcəyini göstərən həyəcanverici siqnallardır. Demokratiya Uğrunda Forum partiyası bu kursu xüsusilə təhlükəli və məsuliyyətsiz hesab edir”, - bəyanatda deyilir.

Xatırladaq ki, Rutte bu gün "Ukrayna NATO-ya daxil olmalıdır" deyib.

Hollandiyanın keçmiş baş naziri olan Mark Rutte oktyabrın 1-dən NATO-nun sədri vəzifəsinin icrasına başlayıb. Siyasətçi Ukraynanın güclü tərəfdarı olub. Rütte həmçinin avropalıları ABŞ-nin keçmiş prezidenti Tramp haqqında mənfi fikirlər səsləndirməyi dayandırmağa və qitənin müdafiəsini gücləndirməyə davam etməyə çağırıb.

Tural

Seçilən
6
news365.az

1Mənbələr