AZ

Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi işğaldan azad edilən ərazilərdə incəsənət təhsili üzrə ilk tədris ocağıdır

Qazaxıstan Respublikası tərəfindən Füzuli şəhərində inşa olunan və bu ilin mart ayında istifadəyə verilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi 2024/2025-ci tədris ilindən qapılanı müəllim və şagirdlərin üzünə açıb.

Demokrat.az xəbər verir ki, bu mərkəz işğaldan azad edilən ərazilərdə incəsənət təhsilinin başladığı ilk tədris ocağı kimi xüsusi əhəmiyyət daşıyır.

“Böyük Qayıdış” proqramı çərçivəsində Bakı və digər rayonlardan doğma yurdlarına köçən Füzuli sakinlərinin övladları üçün yeni tədris ilində fortepiano, qanun, qarmon, tar, violin və rəqs ixtisasları üzrə tədris həyata keçirilir. İlk olaraq 24 şagird təhsilə cəlb edilib. Beş təcrübəli müəllim onlara sənətin sirlərini öyrədir.

Şagirdlərdən qarmon üzrə Famil Məmmədli, tar üzrə Səma Tanrıverdiyeva, təsviri sənət (rəsm) üzrə Aysu Qocazadə, fortepiano ixtisasında Nigar Abdullazadə, xanəndəlikdə isə Əli Həzizadə seçdikləri sahələrə sevgi ilə bağlanıblar və uğur qazanmaq əzmi ilə öyrənməyə davam edirlər.

Seçilən
53
4
demokrat.az

10Mənbələr