AZ

Sahələrdən 25 min ton günəbaxan yığılıb - Məhsuldarlıq artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda sahələrdən 25 min 771.8 ton dən üçün günəbaxan yığılıb.

Valyuta.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 min 342,4 ton və ya 14,9 % çoxdur. Ötən ilin müvafiq dövründə sahələrdən 22 min 429.4 ton dən üçün günəbaxan yığılıb.

Əkilən 13 min 878.8 hektar ərazinin 11 min 486 hektarında (82,8 %) yığım prosesi başa çatıb. Məhsuldarlıq bir hektar üçün 22,4 sent olub.

Əvəz Həsənov

Seçilən
16
valyuta.az

1Mənbələr