Ermənistan Azərbaycanla sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağa hazırdır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Simonyanın sözlərinə görə, Azərbaycanla danışıqlar prosesi hazırda dalana dirənib, lakin Ermənistanın bu məsələdə irəliləmək üçün "siyasi iradəsi var":
"Bu gün də biz razılaşdırılmış məqamları imzalamağa hazırıq".
Qeyd edək ki, Ermənistan artıq bir neçə aydır "yarımçıq sülh" imzalamağa çalışır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun