ABŞ-ın 39-cu prezidenti Cimmi Karter oktyabrın 1-də 100 yaşını qeyd edir. O, bu yaşa çatan ilk Amerika prezidenti olub.
Cimmi Krater 2019-cu ildə Corc H.V. Buşu (Böyük Buş) qabaqlayaraq, ən uzun müddət yaşayan Amerika dövlət başçısı olmaqla tarixə düşüb. Corc Buş 30 noyabr 2018-ci ildə 94 yaş 171 günlüyündə vəfat edib.
Karter siyasətə 1950-ci illərdə Demokratlar Partiyasına qoşularaq daxil olub. 1962-ci ildə Corciya Ştat Senatına seçilib və 1971-ci ildə ştatın qubernatoru olub. 1976-cı ildə prezident seçkilərində hazırkı Respublikaçı prezident Cerald Fordu üstələyərək qalib gəlib. Onun prezidentliyi ilk növbədə Sovet qoşunlarının Əfqanıstana daxil olması ilə əlaqədar SSRİ ilə münasibətlərin nəzərəçarpacaq dərəcədə pisləşməsi ilə xarakterizə olunurdu. 1980-ci ildə Moskva Olimpiadasının boykot edilməsi təşəbbüsü ilə məhz Karter administrasiyası çıxış edib.
Elə həmin il Cimmi Karter Ağ Evi Ronald Reyqana uduzaraq seçkiləri uduzub. Karter siyasət tərk edib və 1946-cı ildə evləndiyi həyat yoldaşı Rozalin ilə birlikdə Karter Mərkəzi xeyriyyə fondunu yaradıb. Onların üç oğlu və bir qızı doğulub.
Bir çox siyasətçidən fərqli olaraq, Cimmi Karterin reputasiyası seks qalmaqalları ilə ləkələnməyib. O, dəfələrlə evliliyində inanılmaz dərəcədə xoşbəxt olduğunu bildirib.
2023-cü ilin fevral ayından o, doğulduğu Corciya ştatının Plains şəhərində hospisdə yaşayırdı. Karter sonuncu dəfə ötən ilin sonunda həyat yoldaşının dəfn mərasimində ictimaiyyət qarşısına çıxıb.
Cimmi Karter prezident olan ilk və hələlik yeganə Corciya sakinidir.
Aydın