AZ

Türkiyə Silahlı Qüvvələri 13 terrorçunu da zərərsizləşdirdi

İraq və Suriyanın şimalında separatçı terror təşkilatı PKK-nın 13 üzvü zərərsizləşdirilib.

Bu barədə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda bu ifadələrə yer verilib:"Yorulmadan mübarizəmizi davam etdiririk. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən İraqın şimalındakı "Pəncək-Kilid'' əməliyyatı bölgəsində aşkar edilən 11 PKK terrorçusu ilə  Suriyanın şimalındakı "Sülh çeşməsi" bölgəsində aşkar  edilən 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Terroru mənbəyində məhv etmək üçün əməliyyatlarımızı davam etdirəcəyik''.

 

 



Seçilən
15
trt.net.tr

1Mənbələr