AZ

Kartdakı qalığa ən çox faiz hesablayan bank kartları – Siyahı

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Müştərilərin kart seçimi edərkən axtardığı özəlliklərdən biri də kart qalığına hesablanan faizdir. Debet kart qalığına faiz hesablayan banklar aşağıdakılardır:

Hazırda ən yüksək qalıq faizini Xalq Bank təklif edir. Belə ki, "XalqKart Cashback" istifadəçiləri qalıq məbləğdən 8% gəlir əldə edə bilərlər. 

Faizlər gündəlik hesablanır və cari ayın son iş günündə kartın balansına köçürülür. Qalığa faiz hesablanması yalnız AZN valyutalı "XalqKart Cashback" kartı üçün keçərlidir. Kartın faiz hesablanan gündəlik minimal qalıq məbləği 100 AZN, maksimal qalıq məbləği isə 2000 AZN-dir.

ABB-nin "TamKart"ında kartdakı qalığa illik 7% hesablanıb ayın sonunda kart hesabına köçürülür. Qalığa faiz vəsaitin minimum 200 AZN-dən maksimum 2 500 AZN-dək hissəsinə və yalnız AZN valyutalı kartlarda hesablanır. 

Bank of Baku-nun "Bolkart" debet kart istifadəçiləri kart hesablarında olan və 100 AZN-dən az olmayan qalığa illik 7%-dək dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər. Bu xidmət yalnız AZN valyutasında olan kartlar üzrə tətbiq edilir.

Expressbankın təklif etdiyi "Visa Infinite Debet" kartında illik 7% gəlir hesablanır. Debet qalığına illik hesablanacaq faiz gəliri 1000 AZN-dən 30 000 AZN-dəkdir. 

Leo Bank-da "Leo Premium" kartları üzrə kartdakı qalıqların minimum və maksimum məbləğində məhdudiyyət olmadan illik 7% gəlir hesablanır.  

AFB Bank-ın "Mono" kartlarında AZN valyutalı kartın qalığına illik 6% gəlir hesablanır. Faiz hesablanan minimal məbləğ 100 AZN, maksimal məbləğ isə 100 000 AZN-dir. 

Bank BTB: "Junior Card" illik 6% gəlir təklif edir. Kart qalığı üzrə faizlər aylıq ödənilir. 

Rabitəbank-ın "Kartmane Premium" kartında vəsait qalığına illik hesablanan faiz dərəcəsi 6%-dir. Faizlər gündəlik hesablanır və hər növbəti ayın ilk iş günü hesaba əlavə edilir. 

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
81
2
banco.az

3Mənbələr