Çinin 1 Oktyabr Milli Günü münasibətilə Shenzhen şəhərində 10 min 197 pilotsuz təyyarədən (dron) ibarət nəhəng işıq şousu təşkil edilib və yeni dünya rekordu qırılıb.

Index.az xəbər verir ki, texnoloji şou səmanı işıqlandırdı və texnologiyanın əyləncə aləmində çatdığı nöqtəni bir daha ortaya qoydu.

Shenzhen Çinin texnologiya mərkəzi kimi tanınır və dron istehsalında ön sıralardadır. DJI kimi böyük dron istehsalçılarına ev sahibliyi edən şəhər əvvəllər də belə nümayişlərə şahid olub. Lakin bu dəfə o, bir ay əvvəl 7598 pilotsuz uçan aparat şousunu geridə qoyaraq rekordu qırıb.

Təxminən 1200 il əvvəl atəşfəşanlığı icad edən ölkə kimi Çin dron texnologiyasında liderliyini davam etdirir. Bu arada, pilotsuz təyyarələr təkcə əyləncə məqsədləri üçün deyil, həm də müasir müharibələrdə və ağcaqanadlarla mübarizə kimi müxtəlif sahələrdə istifadə olunur. Belə görünür ki, bu şoular gələcəkdə kütlələri əyləndirən böyük bir texnologiya kimi inkişaf etməyə davam edəcək.