AZ

Rafael Leao: “Milan”ın kapitanı olmaq həmişə qürur mənbəyidir”

“Milan”ın portuqaliyalı sol cinah hücumçusu Rafael Leao “rossoneri”nin kapitan sarğısını daşımaqdan doğan duyğularını dilə gətirib.

Arena.az xəbər verir ki, Leao “Milan”ın baş məşqçisi, portuqal mütəxəssis Paulo Fonseka ilə çalışmağın, ona hansı faydanı verdiyi haqda da danışıb:

“Milan”ın kapitanı olmaq həmişə qürur mənbəyidir. Artıq altı ildir ki, buradayam. Bu köynəkdə oynayanda həmişə məsuliyyət hissi doğur, amma qolumda sarğı olanda, bu hiss daha da qüvvətlənir.
İlk gündən məşqçimiz mənimlə qollar və ötürmələr haqda deyil, müdafiəyə daha çox diqqət yetirmək üçün dəyişmiş oyunçuya ehtiyacı olduğunu söylədi, mənim müdafiəyə daha çox köklənməyimi istədi: bu da mənim daha yaxşı olmağıma kömək edir. Hətta biz maşınla bura gələrkən o, mənə bir-iki video göstərdi. Mənə çox kömək edən bir insandır. O, mənə topsuz nə edəcəyimi, uzaq dirəyi bağlamaq üçün özümü necə yerləşdirməyi də göstərib. Daha da müdafiə xüsuslu fəaliyyəti açıqlayıb”.

Rafael Leao Lissabon “Sportinq”inin yetirməsidir. Portuqaliyalı cinah hücumçusu “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Tərəflər arasındakı müqavilə 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Leao “Milan” üçün 7 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Rafael Leaonun “rossoneri”nin heyətində çıxışının ümumi mənzərəsi 217 oyun, 59 qol və 54 məhsuldar ötürmədən ibarətdir.

Rafael Leao “Milan”la 2021/2022-ci illər mövsümü İtaliya A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib.

Rafael Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 33 oyun keçirib, 4 qol vurub, 6 məhsuldar ötürmə verib. Leaonun aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var. Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı portuqaliyalı sol cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
8
arena.az

1Mənbələr