AZ

Azərbaycanlı baş məşqçi aldığı ardıcıl ŞOKlara necə REAKSİYA verdi?

"Araz Naxçıvan" üçün yeni mövsüm xoş gələcəkdən xəbər vermirdi.

Mövsümün startına təxminən 1 həftə qalmış klubun qeyri-rəsmi rəhbəri Zaur Axundovun açıqlaması gündəm oldu.

Start: "Qışa qədər yox, 2 aya nəticə olmasa, Elmar Baxşıyevi yola salacağıq".

Təbii ki, rəhbər şəxsin fikirləri nə yerində idi, nə də etiq.

Baş məşqçi üçün əlavə təzyiq yaradacağı da qaçılmaz.

Axundovun açıqlaması ilə birinci şoku yaşayan kollektiv Premyer Liqanın açılış turunda ikinci şoku "Qarabağ"dan aldın.

Hətta son 15 dəqiqəni 1 nəfər azlıqda qalan "köhlən atlar" vurduğu 4 qolla "qırmızı-ağlar"ı startdaca əməlli-başlı silkələmişdi.

Gedişatı dəyişmək heç də asan görünmürdü. Sanki sular erkən bulanmışdı. Tuneldə işıq görünmürdü.

Başverənlərdən sonra çalışdırıcının istefa verəcəyi barədə iddialar da səsləndi. Baxşıyev isə harasa getmək fikrində deyildi.

Öz postundakı şax duruşu, güvənli açıqlamaları gələcəyə böyük ümid yaradırdı.

Bulanıq sularda üzmək iddiası aydın sezilirdi.

Sonrakı 6 tur göstərdi ki, bu qədər özgüvəni, bacarığına inamı boşuna deyilmiş.

Meydana çıxan futbolçuları hər matçda onun başını dik tutması üçün lazım olanı etməyi bacardı.

"Zirə" ilə görüş təxirə salındısa, digər 6 matçda rəqiblərin təslim olmaqdan başqa yolu qalmadı.

Düzdü, "Neftçi" son anda bir xala sevindi. Amma onda da Avramın diqqətsizliyi son saniyələrdə qələbəni əldən verilməsinə yol açdı.

Digər 5 matçda isə komanda mümkün 15 xalı aktivinə yazdıra bildi.

Gedişat onu göstərir ki, Axundovun arzuladığı avrokuboklar heç də uzaqda deyil.

XANOĞLAN İMANOV

phrase_var_article.chosen
129
sportinfo.az

1phrase_var_article.sources