Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin S-400-ləri başqa ölkəyə satması ilə bağlı müzakirələri yenidən alovlandıran açıqlamalar verib.
Lavrov deyib ki, Türkiyə ilə imzalanan müqaviləyə uyğun olaraq, silahları alan ölkə növbəti satışdan əvvəl Rusiyadan icazə almalıdır.
S-400-lərin satışı ilə bağlı təfərrüatlı açıqlama verməyən Lavrov, Türkiyə ilə əlaqələrin qarşılıqlı maraqlar çərçivəsində inkişaf etdiyini bildirib.
TAHİR