AZ

Kansler Putini “blokdan çıxaracaq”: 2 illik fasilədən sonra

Almaniya kansleri Olaf Şoltz yaxın həftələrdə Rusiya Prezidenti Vladimir Putinə zəng etməyi planlaşdırır.

“Cebheinfo.az” xəbər verir ki, bunu Almaniya hökumətindəki mənbələr “Die Zeit”-ə bildiriblər.

Onların sözlərinə görə, zəng hələ rəsmi olaraq Kremldən tələb olunmayıb, lakin Şoltzun ətrafındakılar noyabrda Braziliyada keçiriləcək G20 sammiti öncəsi Rusiya Prezidenti ilə telefon danışığı aparılmasını gözləyirlər.

Söhbət baş tutsa, Şoltz Macarıstanın Baş naziri Viktor Orban istisna olmaqla, son il yarımda Putinlə birbaşa əlaqə saxlayan ilk Avropa lideri olacaq.

Şoltz və Putin arasında əvvəlki telefon danışığı 2022-ci ilin dekabrında olub. İyun ayında kansler ARD televiziya kanalında demişdi ki, danışılacaq bir şey” olarsa, Rusiya Prezidentinə zəng edəcək.

Seçilən
10
3
cebheinfo.az

4Mənbələr