“Türkiyə ilə münasibətlərdə “erməni soyqırımı” məsələsini bir kənara qoymaq olar, amma unutmaq olmaz”.
“Cebheinfo.az” xəbər verir ki, bunu NEWS.am saytının “Güc faktoru” proqramında Qərbi Avropanın patriarxal nümayəndəsi, bütün ermənilərin Katolikosunun Vatikandakı nümayəndəsi, arxiyepiskop Xajak Parsamyan bildirib.
“Ermənistan-Türkiyə protokollarının imzalanması zamanı bu, ən yaxşı yanaşma idi. Bu münasibətlərdə “soyqırım” məsələsinin olmadığını deməyə ehtiyac yoxdur. Gəlin, bu məsələni bir kənara qoyaq, söhbətimizə başqa məsələlər ətrafında davam edək.
Amma “soyqırım”ın baş vermədiyini bəyan etməyə ehtiyac yoxdur.Düşünürəm ki, türklərlə münasibətlərin yaxşılaşması almanlar, italyanlar və digərləri ilə müqayisədə xeyli asan olacaq, çünki təcrübə çoxdur. Əsrlərdir bir yerdə yaşamışıq, heç bilmirəm qanımda neçə faiz var? İnanıram ki, qorxmağa ehtiyac yoxdur.
Əlbəttə, hadisə var, amma cəsarətli olmaq lazımdır”.