AZ

Rusiya XİN İsrailə çağırış edib

Rusiya İsrailin Livana hücumunu pisləyir və Təl-Əvivi dərhal hərbi əməliyyatları dayandırmağa çağırır. Bu barədə "TASS” Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən bildirib.

Məlumata görə, Rusiya İsraili qoşunlarını Livan ərazisindən çıxarmağa və münaqişənin sülh yolu ilə həlli yollarını axtarmağa çağırıb.
 
Bir gün əvvəl İsrail ordusunun sözçüsü Daniel Həcəri bildirib ki, ölkənin hava qüvvələri Livan boyu Hizbullah şiə hərəkatının 1300 hərbi obyektinə zərbələr endirib. Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin reydləri nəticəsində 490-dan çox adam ölüb, 1600-dən çox insan yaralanıb.
 
Aytac
  


www.anews.az
Seçilən
60
anews.az

1Mənbələr