AZ

"Tezdən oyanıb ərimi işə yola salıram"

"Tezdən oyanıram, uşaqları məktəbə, həyat yoldaşımı işə yola salıram. Ailəm üçün sənətdə heç nəyi fəda, qurban verməmişəm. Sadəcə öz seçimlərim var: həyat tərzi, geyimim və səhnələrimdə".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Qonaqcanlı" verilişində deyib. Sənətçi ailə qurduqdan sonra sənətində dəyişiklik etməsi haqda deyilənlərə son qoyub:

"Özümə yaraşdırdığım bir yol var. Bunlar öz seçimimdir. Həm yaş, həm də status öz sözünü deyir. Ana olandan sonra qənaətə gəldim ki, dəyişim: Bunu mənə heç kim deməyib. İlk dəstəkcim həyat yoldaşımdır. Bacım, qardaşım, baldızım, qaynım mənə dəstəkdir, uğurlarıma sevinirlər". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
23
1
milli.az

2Mənbələr