Dünyanın ən bahalı futbolçusu “Mançester Siti”nin hücumçusu Erlinq Haaland olub.
İdmanxeber.az nüfuzlu “Transfermarkt” saytına istinadən xəbər verir ki, hücumçunun dəyəri 200 milyon avro bəlirlənib. O, bu qiymətlə dünyanın ən bahalı oyunçusu adına yiyələnib.
Haaland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Onun İngiltərə klubunda 106 matçda 100 qolu var. Bu mövsüm norveçli bütün turnirlərdə 8 matçda 10 qol vurub.