AZ

17,8 milyon manatlıq meyvə şirkəti qanunvericiliyi pozduğu üçün cərimələnir

Tumlu və çəyirdəkli meyvələrin becərdilməsi, satışı və ixracı ilə məşğul olan “GF Company” Məhdud Məsuliyyətli Cəmiyyəti qanunvericiliyin tələblərindən birini pozmaqda ittiham olunur.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “GF Company” MMC 2017-ci ildə qeydiyyata alınıb. 17 794 324 milyon manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi İsgəndərov Elnur Qərib oğludur. 

Seçilən
115
21
iqtisadiyyat.az

10Mənbələr