AZ

21 gün şəkərsiz həyat

Orqanizmin sağlam olması üçün gündəlik istifadə etdiyimiz duz və şəkərdən mümkün qədər uzaq durmaq lazmdır. Şəkəri qida rasionundan çıxartdıqda orqanizmdə bir çox müsbət dəyişikliklər baş verir. Bu dəfə 21 gün ərzində şəkər qəbul etməməyin orqanizmə təsirindən danışacağıq. Bəs niyə məhz 21 gün?

Bakıvaxtı.az xəbər verir ki, elmi olaraq sübut edilib ki, istənilən vərdişə yiyələnmək və şüuraltı olaraq bunu alışqanlıq halına gətirmək üçün gərəkli olan müddət minimum 21 gündür. Bu səbəbdən şəkəri həyatınızdan çıxartmaq istəyirsinizsə, 21 gün aşağıdakılara əməl etməlisiniz.

21 gün boyunca bu qidalardan uzaq durmalısınız:

Şəkər və tərkibində şəkər olan qidalardan: keks, şokolad, dondurma, meyvəli yoqurt, pudinq, şirin çay, qəhvə və s.

Un məmumlatlarından: ağ çörək, makaron, börək, simit və bu qəbildən olan bütün şirniyyat və məhsullardan.

Tam buğda, çovdar şörəyi, yulaf, bulqur, qreçka, kinoa isə yeyə bilərsiniz. Adı çəkilən bitkilərdən müxtəlif şirniyyatlar da hazırlamaq mümkündür ki, şəkər qatmadan (bəkməz və ya balla hazırlayın) istehlak edə bilərsiniz.

Həmçinin: çips, kola, peçenye, meyvə suları kimi qidalardan uzaq durun.  

Şəkər yalnız bu formada istehlak edə bilərsiniz:

2-3 dilim meyvə, 1 qaşıq bal və ya bəkməz, 2 dilim (10 qram) bitter şokolad.

Mütləq olaraq:

Spirtli içkilərdən istifadə etməyin.

Gün ərzində 2,5-3,5 litr su için.

Gün ərzində 6-8 saat yuxu yatın.

Gündə ən azı 30 dəqiqə gəzin.

21 gün ərzində bunları yemək olar:

Az yağlı ət, toyuq əti, balıq, yumurta, pendir, mərcimək, noxud, qırmızı lobya, süd, kefir, ayran, mövsümə uyğun meyvələr (qədəri yuxarıda qeyd olunub), qurudulmuş meyvələr (gündə 2-3 ədəd), badam, fındıq, fısdıq, qoz, balqabaq toxumu, avokado, çia toxumu, kakos, kakao, az miqdarda duz.

Pəhrizinizi bu siyahıda qeyd olunanlara əsasən tərtib edərək həm də sağlam arıqlaya bilərsiniz. /axşam.az

Seçilən
76
bakivaxti.az

1Mənbələr