AZ

Fransa Ukraynaya qoşun göndərir?

“Fransa qoşunlarını Ukraynaya göndərmək imkanını mümkün hesab edir”.

KONKRET.az xəbər verir ki, bunu Fransanın Avropa işləri üzrə naziri Bencamin Haddad deyib.

Onun sözlərinə görə, digər Qərb ölkələrinin kəskin tənqidlərinə baxmayaraq, ölkəsi bu ideyadan imtina etmir.

Nazir hesab edir ki, bu mövzunu Fransanın müttəfiqləri ilə müzakirə etmək lazımdır.

Xatırladaq ki, Makron Ukraynaya qoşun göndərilməsi məsələsini ilk dəfə ötən ilin fevralında gündəmə gətirib.

Natiq Səlim,

KONKRET.az

Seçilən
73
konkret.az

1Mənbələr